Uqo Lyoris "Real"a keçə bilər
"Tottenhem"in qapıçısı Uqo Lyoris "Real Madrid"ə keçə bilər.
Sportline.az xəbər verir ki, 36 yaşlı fransalının nümayəndələri Tibo Kurtuanın zədəsi ilə bağlı Madridə qapıçı xidmətini təklif ediblər.
Lyoris hələ də "Real Madrid"in transfer siyahısındakı digər namizədlərdən geri qalır. Bundan əlavə, qapıçı "Latsio"ya keçmək üçün danışıqlar aparır.
Lyoris 2012-ci ildən "Tottenhem"də çıxış edir.