Van der Sarın son durumu
Edvin van der Sar reanimasiyadan köçürülüb.
Sportline.az xəbər verir ki, iyulun əvvəlində “Ayaks”, “ Mançester Yunayted” və Niderland millisinin sabiq qapıçısı beyin qanaması keçirib. O, reanimasiya şöbəsində idi.
“İlk növbədə, bütün gözəl dəstək mesajlarına görə hər kəsə təşəkkür etmək istəyirik. Artıq reanimasiya şöbəsində olmadığımı elan etməkdən məmnunam. Bununla belə, mən hələ də xəstəxanadayam. Ümid edirəm ki, gələn həftə evə qayıdacağam və sağalmağımda növbəti addımı atacağam!” - deyə van der Sar bildirib.