Van der Vaart "Ayaks"da
Niderlandlı sabiq yarımmüdafiəçi Rafael van der Vaartın oğlu Damian van der Vaart "Ayaks"la müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi "Ayaks"a Danimarkanın "Esbyerq" klubundan keçib və 2024-cü ilə qədər müqavilə imzalayıb. Təqdimat zamanı o, atası ilə şəkil çəkdirib.
Rafael van der Vaart "Ayaks"ın yetirməsidir. O, komandanın heyətində 156 oyun keçirib, 61 qol vurub və 28 məhsuldar ötürmə edib. Bundan başqa, futbolçu “Hamburq”, “Real Madrid”, “Tottenhem”, “Betis”, “Midtyulland” və “Esbyerq” klublarında çıxış edib.