Van Deyk: "Liverpul" Çempionlar Liqasına yox, Avropa Liqasına layiq idi"
"Liverpul"un müdafiəçisi Vircil van Deyk komandanın bu mövsüm Avropa Liqasında çıxış edəcəyini bildirib.
Sportline.az xəbər verir ki, futbolçu “mövsümün sonuna qədər hamımız Çempionlar Liqasına düşmək istəyirdik, lakin buna layiq deyildik. Biz Avropa Liqasına layiqik. Biz isə əlimizdə olan hər şeyi verəcəyik, onu qazanmaq istəyirik. Amma bu, bir gecədə baş verməyəcək, biz bunun üzərində işləməliyik”, - deyə bildirib.
Premyer Liqada "qırmızılar" hazırda 5 turda 13 xal toplayaraq 3-cü pillədə qərarlaşıb.