Vaqner Lavın yeni klubu bilindi
Braziliya millisinin sabiq üzvü Vaqner Lavın yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 38 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirəcək, O, "Resife" klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə B seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Vaqner Lav son olaraq "Danimarkanın "Midtyulan" klubunda çıxış edib.
Qeyd edək ki, Vaqnerə təklif göndərən klublar arasında Azərbaycanın “Sabah” klubu da olub.