Vendel komandaya qayıdır

Vendel yaxın vaxtlarda Rusiyaya qayıdacaq.

Sportline.az xəbər verir ki, futbolçunun agenti Tiaqo Ribeyro "Zenit "in yarımmüdafiəçisinin Braziliyadan getdiyini təsdiqləyib. Sabah Vendel Sankt-Peterburqda olacaq.

Xatırladaq ki, dünən Vendel izahat vermədən Rusiyaya getməli olduğu təyyarəyə minməmişdi. Futbolçunun agenti Sankt-Peterburqa tək gəlib.

"Flamenqo" yarımmüdafiəçinin transferində maraqlıdır.