Vendelin gələcək taleyi üçün hərəkətə keçdilər

"Zenit"in yarımmüdafiəçisi Vendelin meneceri yaxın vaxtlarda Sankt-Peterburqa uçacaq.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçunun təmsilçisi "Zenit"in rəhbərliyi ilə görüşəcək.

Tərəflər futbolçunun gələcək taleyini müzakirə etmək, eləcə də mövcud vəziyyətdə düzgün həll yolu tapmaq istəyirlər.

Daha əvvəl Vendelin "Flamenqo"ya keçmək istədiyi bildirilirdi.

Futbolçu 2020-ci ildən "Zenit"də çıxış edir. Ötən il o, müqaviləsini 2027-ci ilə qədər uzadıb.

2022/23 mövsümündə braziliyalı bütün yarışlarda 33 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.