Verratti "Əl-Hilal"la 3 illik müqavilə imzalayıb

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə 3 illik müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 2022/2023 mövsümündə Verratti PSJ-nin heyətində bütün yarışlarda 38 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun Paris klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə bir futbolçunun təxmini dəyəri 40 milyon avrodur.

Bundan əvvəl Əl-Hilal "Zenit"in və Braziliya millisinin hücumçusu Malkomun transferini rəsmən açıqlayıb.