"Neftçi"dən qələbə, "Araz-Naxçıvan" "Zirə"yə qarşı
Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turu davam edir.
Sportline.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşıb. Klubların müraciəti, oyunun nəticəsinin turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi səbəbindən Gəncə klubu rəqibini Sumqayıtda qəbul edib. Matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vuracaq.
Cari mövsüm bu komandaların hər iki oyununda paytaxt klubu qələbə qazanıb. “Ağ-qaralar” rəqibini əvvəlcə 5:1, daha sonra isə 3:1 hesabı ilə məğlub edib.
Günün ikinci matçı da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkəcək. Bu komandaların cari mövsümdəki görüşlərindən ilki heç-heçə (1:1), ikincisi isə “Zirə”nin qələbəsi ilə (1:0) başa çatıb.
Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq.
23 may (şənbə)
15:00. “Kəpəz” - “Neftçi” - 0:1
Qol: Fredi Varqas 54
Qırmızı vərəqə: İfeanyi Metyu, 65 ("Neftçi")
Baş hakim: Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:00. “Araz-Naxçıvan” - “Zirə”
Baş hakim: Əkbər Əhmədov
"SOCAR Polymer Arena"
24 may (bazar)
16:00. “İmişli” - “Karvan Yevlax”
21 may (cümə axşamı)
“Qəbələ” - “Şamaxı” - 3:1
22 may (cümə)
"Sumqayıt" - "Qarabağ" - 3:4
"Turan Tovuz" - "Sabah" - 1:2