"Vest Hem" "Arsenal"a "yox" dedi
"Vest Hem" "Arsenal"ın Deklan Raysla bağlı təklifini qəbul etməyib.
Sportline.az Evening Standard nəşrinə istinadla xəbər verir ki, "topçular" İngiltərə millisinin üzvü üçün 100+5 milyon funtdan keçməyə hazır idilər.
Amma, məbləğin uzun müddətə ödəniləcəyi "Vest Hem"i razı salmayıb.
"The Guardian"ın yazdığına görə, klub rəhbərliyi "Mançester Siti"dən daha sərfəli təklif gözləyir.
"Şəhərlilər" İlkay Gündoğanın gedişi ilə yaranan boşluğu Raysla doldurmaq niyyətindədirlər.