"Vest Hem"in Maquayr planı

"Vest Hem"in Harri Maquayr planı yenidən alovlanır.

Sportline.az ESPN-ə istinadla xəbər verir ki, "Vest Hem" qış transfer pəncərəsində "Mançester Yunayted"in müdafiəçisinin transferi üçün yenidən əlindən gələni edəcək.

London klubu bu keçid üçün çox çalışsa da, bu yay transfer baş tutmamışdı.

Qeyd edək ki, cari mövsüm Maquayr "qırmızı şeytanlar"ın heyətində 4 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun sözləşməsi 2025-ci ilin yayına qədərdir.