"Vest Hem"in transfer planı

"Vest Hem" yarımmüdafiəçi Lukas Paketanın "Mançester Siti"yə keçməsi üçün prioritet seçim barədə qərar verib.

Sportline.az xəbər verir ki, londonlular “Ayaks”ın yarımmüdafiəçisi Mohamed Kudusun transferi ilə bağlı danışıqlara başlayıb. Daha əvvəl "Mançester Siti"nin Paketa üçün 100 milyon avrodan çox təklif etdiyi bildirilirdi.

Kudus 2020-ci ildən "Ayaks"da çıxış edir. 23 yaşlı qanalı ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.