Vidal "Milan" - "Nyukasl" matçını bəyənmədi
"Barselona"nın sabiq yarımmüdafiəçisi Arturo Vidal Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən "Milan" - "Nyukasl" oyununu (0:0) tənqid edib.
Sportline.az xəbər verir ki, bu barədə açıqlama verib. “Bu, Çempionlar Liqası tarixində ən pis oyundur. "Milan" və "Nyukasl"dan olan axmaqlar məni xəstələndirdi. Mən "Nyukasl"ı başa düşmürəm. Onlar Premyer Liqada dördüncü yeri tutdular, lakin onlar yalnız qaçmağı bilirlər”, - deyə Vidal "AS" nəşrinə danışıb.
36 yaşlı yarımmüdafiəçi bu yaydan Braziliyanın "Atletiko Paranaense" klubunda çıxış edir. O, əvvəllər "Flamenqo", "İnter", "Barselona", "Bavariya", "Yuventus" və "Kolo-Kolo"da çıxış edib.