Viktor Mendi "Qəbələ"ni Hindistana dəyişib
Mövsümlərarası fasilədə ailə vəziyyətini əsas gətirərək "Qəbələ"ni tərk edən Viktor Mendi karyerasını Hindistanda davam etdirir. SportLine.az xəbər verir ki, o, Hindistan "Super Liqa"sında çıxış edən "Nordest Yunayted" klubunun şərəfini qoruyur.
Mendi son turda "Pune Siti"ni məğlub edən "Nordest Yunyted"in qələbəsində də pay sahibi olub. Hücumçu məhsuldar ötürmə ilə yadda qalıb.