Vilfred Ndidi Türkiyə klubuna transfer oluna bilər
Vilfred Ndidi karyerasını Türkiyə Super liqasında davam etdirə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "Lester Siti"nin təcrübəli futbolçusu üçün "Qalatasaray" klubu təklif göndərməyə hazırlaşır.
"Sarı-qırmızlar" Vilfred Ndidi üçün 10 milyon avro təklif edəcəyini bildiriblər.
Qeyde edək ki, "Qalatasaray" rəsmiləri daha öncə də Vilfred Ndidi üçün təklif göndərsələr də İngiltərə klubu qəbul etməmişdi.