Villian "Flamenqo"ya keçə bilər
Villian da Silva Roşa "Flamenqo"ya keçə bilər.
Sportline.az xəbər verir ki, Braziliya klubuna müdafiəçini iyunun sonunda transfer etmək təklif olunub və futbolçunun özü də transferdə maraqlıdır.
ÇSKA 7-10 milyon avro qazanmağı gözləyir. İndi kluba Səudiyyə Ərəbistanından (6 milyon avro) təklif var və "Fənərbağça" da futbolçu ilə danışıqlar aparır. Roşanın təzminatının 20 milyon avro olduğu iddia edilir.