Vinisiusa dövlət səviyyəsində mükafat verildi
Vinisius Junior Braziliya Dövlət Xidməti Mükafatını alıb.
Sportline.az xəbər verir ki, "Marakana" stadionunda "Real Madrid"in cinah oyunçusu Rio-de-Janeyro ştatının ən yüksək mükafatı olan Tiradentes medalına layiq görülüb. Futbolçu bərabər cəmiyyətin yaradılmasında gördüyü işlərlə və İspaniyada məruz qaldığı irqçi təhqirlərlə bağlı diqqət çəkib .
“Mən çox gəncəm və belə mükafat gözləmirdim. Bəzən fikirləşirəm ki, mən bütün bunlara layiqəmmi? "Flamenqo " üçün bu qədər çox matçda iştirak etdiyim və oynadığım "Marakana"da belə bir dəstəyə rast gələcəyimi gözləmirdim" - deyə Vinisius bildirib.