Vinisiusla Neymar oyunöncəsi "məşqi" qızlarla ediblər

Ulduz futbolçular DÇ-2026-nın seçmə mərhələsində Venesuela ilə oyundan (1:1) bir neçə saat əvvəl əyələncə məclisində olublar.

Sportline.az braziliyalı jurnalist Mateus Baldiyə istinadla xəbər verir ki, Braziliya millisinin üzvləri Neymar, Vinisius Junior və Rişarlison oyunun başlamasına bir neçə saat qalmış qızların əhatəsində dincəlirmiş.

Buna baxmayaraq hər üç futbolçu yekunda millinin ilk onbirliyinə düşə bilib.

Venesuela ilə oyundan sonra "sambaçılar" Cənubi Amerika zonasının seçmə mərhələsində liderliyini Argentinaya verərək ikinci pilləyə yuvarlanıb.