Vinisiusun "Qızıl top" arzusu
"Real Madrid"in braziliyalı forvardı Vinisius Junior "Qızıl top"la bağlı arzularını dilə gətirib.
Sportline.az "L’Equipe"ə istinadla xəbər verir ki, "sambaçı" əvvəl-axır mükafatı qazanacağına inandığını vurğulayıb.
“Ümid edirəm, amma prioritet təbii ki komandadır. Əgər 60 qol vursam, amma heç nə qazana bilməsək, o zaman mən "Qızıl top"u necə qazana bilərəm?” – deyə Vinisius bildirib.
Qeyd edək ki, "Qıızıl top"un mükafatlandırma mərasimi oktyabrın 30-da Parisdə təşkil olunacaq.