Vinsent Abubakar "Beşiktaş"dan ayrılacaq

Vinsent Abubakar "Beşiktaş"dan ayrılacaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, kamerunlu futbolçu "qara-qartallar"da sonuncu mövsümünü keçirəcək. 

Fernando Santos hücumçunu bağışladığını bildirsə də klub rəsmiləri Abubakarın mövsüm sonunda satılmasına qərar veriblər. 

Qeyd edək ki, "Beşiktaş" rəsmiləri Vinsent Abubakar üçün gələcək ilk təklifi qəbul edəcəklərini bildiriblər.