Vlahoviç “Qalatasaray”a?
“Yuventus”un mərkəz hücumçusu Duşan Vlahoviçin klub rəhbərliyi ilə münasibəti yaxşı vəziyyətdə deyil.
Sportline.az xəbər verir ki, serbiyalı futbolçu Turin klubundan ayrılmağı planlaşdırır.
“La Gazzetta dello Sport”un yaydığı məlumata görə, “Qalatasaray” 26 yaşlı oyunçunu transfer etmək niyyətindədir. İstanbul klubu Vlahoviçə illik 10 milyon avro maaş ödəməyə hazırdır.
Qeyd edək ki, sözügedən futbolçu bu təklifi qəbul etsə, əlavə olaraq 5 milyon avroda imza pulu alacaq.