Voleybolçu qızlar "Kəpəz"in oyununda
Azərbaycan Premyer Liqasının VI turunun Gəncədə keçirilən "Kəpəz" - "Səbail" görüşünü izləyənlər arasında voleybolçular da var.
Sportline.az xəbər verir ki, yeni yaradılmış "Gəncə" qadın voleybol klubunun əcnəbi futbolçuları bu matçı izləyir.
Bundan başqa, oyuna stadiondan AFFA-nın baş katibi Sərxan Hacıyev və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da baxır. Onlar matçdan əvvəl "Kəpəz"in yeni inşa olunan Akademiyasında görülən işlərlə tanış olub.