Vurğun Hüseyov: "Qələbəyə layiq idik"
“Rəqibdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq”. SportLine.az xəbər verir ki, bu sözləri “Sumqayıt” futbol klubunun üzvü Vurğun Hüseynov “Qəbələ” ilə görüşdən sonra deyib. Komandasının daha yaxşı təsir bağışladığını deyən futbolçu, “Bu gün qələbəyə layiq idik. Düşünürəm, 2 xal itirdik. Çünki imkanlarımız da rəqibinkilərdən daha çox idi”, - deyib.
“Sumqayıt”ın qol epizodlarından yararlanmaqda çətinlik çəkdiyini bildirən Hüseynov, “Bu problem həll etsək, daha yaxşı nəticələr əldə edə bilərik”, -deyə fikrini tamamlayıb.