Vüsal İsgəndərli Ermənistandan heç-heçə ilə qayıdır
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya "Eqnatiya"sının Konfrans Liqasında I təsnifat mərhələsində Ermənistanda "Ararat-Armenia" ilə səfər oyununa çıxıb.
Sportline.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb. V.İsgəndərli oyuna ehtiyat oyunçular skamyasında başlayıb O, 59-cu dəqiqədə meydana daxil olub.
Xatırladaq ki, V.İsgəndərli bu ay "Eqnatiya"ya transfer olunub.
13 iyul
19:00. "Ararat-Armenia" (Ermənistan) - "Eqnatiya" (Albaniya) - 1:1
Qol: Alemio, 36 (1:0), Dvamena, 90+7 (1:1)