Xabi Alonso "Bayer Leverkuzen"lə bağlı qərarını verdi

Xabi Alonso "Bayer Leverkuzen"lə bağlı qərarını verdi.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Almaniya klubunun təcrübəli çalışdırıcısı komandada qalacağını deyib.

O, açıqlamasında :"Mən daha öncə də qərarımı bildirmişdim. İndi isə tam əminliklə deyirəmki "Bayer"də qalacağam. Burada olmaq daha doğrudur",-deyib.

Qeyd edək ki, Xabi Alonso bu mövsüm "Bayer Leverkuzen"lə çıxdığı oyunların heç birində məğlub olmayıb.