Xabi Alonso yeni müqavilə imzaladı
"Bayer Leverkuzen" baş məşqçisi Xabi Alonso ilə yeni müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq. Əvvəlki müqavilə 2024-cü ilin yayında başa çatırdı.
Alonso 2022-ci ilin oktyabrından "Bayer Leverkuzen"i çalışdırır. Onun rəhbərliyi altında klub 37 oyun keçirib - 17 qələbə qazanıb, 10 məğlubiyyətlə üzləşib və 10 görüşü heç-heçə başa vurub.