Xavi: "Bu komandaya qarşı oynamaq asan deyil"
"Barselona"nın baş məşqçisi Xavi Ernandes komandasının La Liqanın 3-cü turunda "Vilyarreal"a qalib gəldiyi oyunu şərh edib.
Sportline.az xəbər verir ki, Xavi oyunun çətin keçdiyini deyib.
“Biz üstün idik, həm də çox qaçırdıq. Hücumda yaxşı oynadıq, amma müdafiədə problemimiz var idi. Səfərdə bu komandaya qarşı oynamaq asan deyil” - deyə Xavi bildirib.
La Liqanın üç turundan sonra "Barsa" 7 xal toplayıb və 3-cü yerdədir. “Vilyarreal” (3 xal) 13-cü yerdədir.
Sentyabrın 3-də kataloniyalılar La Liqanın 4-cü turu çərçivəsində "Osasuna" ilə qarşılaşacaq.