Xavi Fatidən razıdır

"Barselona"nın baş məşqçisi Xavi hücumçu Ansu Fatidən razıdır.

Sportline.az xəbər verir ki, Kataloniya klubu futbolçunun komandada qalacağına və əsas heyətdə yer almaq üçün mübarizə aparacağına ümid edir.

Ancaq çox sərfəli təklif gəlsə, "Barselona" 20 yaşlı futbolçu ilə yollarını ayıra bilər.

La Liqanın ilk turunda “Barselona” avqustun 13-də “Xetafe” ilə qarşılaşacaq.