Xavi "Leyptsiq"də
PSJ Xavi Simonsu PSV-dən geri qaytardı və onu "Leyptsiq"ə icarəyə verdi.
Sportline.az xəbər verir ki, Paris klubu 20 yaşlı yarımmüdafiəçini PSV-dən aldığını açıqlayıb. Transfer məbləğinin 6 milyon avro olacağı bildirilirdi.
Simonun PSJ ilə yeni müqaviləsi 2027-ci ilə qədərdir.
Fransızlar futbolçunu dərhal "Leyptsiq"ə icarəyə verdilər. Yarımmüdafiəçi 1 mövsümü Bundesliqada keçirəcək.