Xavi: "Qələbə, heç-heçə və məğlubiyyət mənim üçün 24 saat davam edir"
"Barselona"nın baş məşqçisi Xavi İspaniya çempionatının 1-ci turunun "Xetafe" ilə oyunundan (0:0) sonra iki oyunluq diskvalifikasiyadan danışıb.
Sportline.az xəbər verir ki, Xavi artıq növbəti oyun haqqında fikirləşdiyini deyib.
“Mübahisələri qızışdırmaq istəmədiyim üçün daha çox danışmaq istəmirəm. “Xetafe”yə mövqeyimi açıq şəkildə bildirdim. Qələbələr, heç-heçələr və ya məğlubiyyətlər mənim üçün 24 saat davam edir. İndi diqqətimi növbəti oyuna yönəltmişəm”, - deyə Xavi "Marca"ya danışıb.
Xavi oyun zamanı hakimlə mübahisə etdiyi üçün meydandan qovulub. Həmçinin klubun cinah oyunçusu Rafinya rəqibini dirsəklə vurduğuna görə 2 oyunluq cəzalanıb.
İspaniya çempionatının ikinci turunda "Barselona" "Kadis"lə qarşılaşacaq. Oyun avqustun 20-də baş tutacaq.