Xavidən Gündoğana tərif
"Barselona"nın baş məşqçisi Xavi komandanın yarımmüdafiəçisi İlkay Gündoğan haqda danışıb.
Sportline.az xəbər verir ki, Xavi yeni transferi təriləyib.
“Gündoğan komandanın təməl daşıdır. Onda "Barselona" DNT-si var. O, heç vaxt topu itirmir, fərq yaradır və həmişə düzgün qərarlar verir. Gündoğanla vəziyyəti dəyişdirmək üçün müqavilə imzaladıq" - deyə Xavi bildirib.
32 yaşlı futbolçu 2023-cü ilin iyulunda "Barselona"ya keçib və İspaniya klubunun heyətində 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.