Xavini güldürən xəbər
"Barselona"nın baş məşqçisi Xavi cinah oyunçusu Ansu Fatinin "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sportline.az xəbər verir ki, Xavi Ansu Fatinin transfer xəbərinə gülərək reaksiya verib.
"Fati "Real Madrid"ə keçəcək? Bu, zarafatdır? Bayaq dedim ki, Ansu klubun mirasıdı. O, vacib oyunçudur, onun qalmasını istəyirəm. Fati “Barselona”nın bu günü və gələcəyidir”, - deyə Xavi mətbuat konfransında bildirib.