Xoselu Qətər klubunda

'Real Madrid'in futbolçusu Xoselu karyerasını Asiyada davam etdirəcək.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Əl-Qarafa" klubu 34 yaşlı hücumçunu heyətinə qatdığını açıqlayıb.

Tərəflər arasında 2+1 illik müqavilə imzalanıb. Transfer məbləği 1.5 milyon avro təşkil edib.

Xoselu ötən mövsüm "Kral klubu"nun heyətində 49 oyunda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, Qətər çempionatında ötən mövsümü 3-cü pillədə tamamlayan "Əl-Qarafa"nın heyətində Yasin Brahimi, Fabritsio Diaz və Lyanko kimi məhşur simalar çıxış edir.