Yamalın atası oğlunu Maradonaya oxşadıb

Lamin Yamalın atası Munir Nasraui oğlunu əfsanəvi Dieqo Maradona ilə müqayisə edib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, o, "Barselona"nın "Vilyarreal"ı 5-1 hesabı ilə məğlub etdiyi görüşdən sonra sosial media hesabından bu paylaşımı edib:

"Oğlum, sən mənə Dieqo Armando Maradonanı xatırladırsan" deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Lamin Yamal həmin görüşdə 1 asist edib və komandasına penalti qazandırıb.