Yan Sommerdən etiraf

“Bavariya”nı "İnter"ə dəyişən qapıçı Yan Sommer sabiq klubundan gileylənib.

Sportline.az İtaliya mətbuatına istinadla xəbər verir ki, Sommer Münhen klubunda narahat olduğunu bildirib.

“Gizlətməyəcəyəm, “Bavariya”da bir az narahat idim. Bu, mütləq oyunda iz buraxır. Tənqid mənim işimin bir hissəsidir, mən bununla yaşaya bilərəm, ancaq əsassız sözlər olduqda daha çətinləşir”, - deyə qolkiper açıqlama verib.

Qeyd edək ki, təcrübəli qapıçı "İnter"ə bu yay "Bavariya"dan keçib.