Yenə Ronaldo, yenə ayın ən yaxşısı

“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında sentyabrın ən yaxşı oyunçusu seçilib.

Sportline.az xəbər verir ki, 38 yaşlı portuqaliyalı bu mükafatı ardıcıl ikinci ay qazanıb.

Ronaldo sentyabrda Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr”in heyətində 4 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.