Yeni komandası üçün qitəni dəyişdi

Hücumçu Alfredo Morelos "Santos"la müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı kolumbiyalı ilə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Daha əvvəl forvardın agenti futbolçu ilə "Zenit" və "Spartak"ın maraqlandığını bildirmişdi.

Morelos 2017-ci ildən “Reyncers”də çıxış edir, 269 oyuna çıxıb, 124 qol vurub və 58 məhsuldar ötürmə edib.