Yerri Mina A Seriyasında
Yerri Mina karyerasını "Fiorentina"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, müdafiəçi "Everton"dan azad agent kimi keçib.
Oyunçu ilə müqavilə müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə avtomatik olaraq daha iki il müddətinə uzadılacaq.
Kolumbiyalı futbolçu İngiltərədə beş mövsüm keçirib və bundan əvvəl "Barselona", "Palmeyras" və digər komandalarda çıxış edib.