Yetirməsi "Çelsi"yə qayıda bilər
Valentino Livramento "Çelsi"yə qayıda bilər.
Sportline.az "Daily Mail"ə istinadən bildirir ki, London klubu müdafiəçi üçün mümkün transferlə bağlı "Sauthempton" ilə danışıqlar aparır.
"Sauthempton" 20 yaşlı futbolçunu 38 milyon funt-sterlinq dəyərində qiymətləndirir və "Nyukasl"dan gələn iki təklifdən imtina edib.
Livramento "Çelsi"nin yetirməsidir . O, 2011-ci ildən 2021-ci ilə qədər klubun akademiyasında olub və 8 milyon funt-sterlinqə "Sauthempton"a keçib.