Yovetiç "Olimpiakos"da

Hücumçu Stefan Yovetiç “Olimpiakos”la müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı monteneqrolu ilə müqavilə 2024-cü ilin yayına kimi hesablanıb. Forvard komandaya azad agent kimi qoşulub.

Yovetiç ötən mövsüm "Herta"da çıxış edib. O, 18 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.