Yurqen Klopp AVRO 2024-də favoritini açıqlayıb
"Liverpul"un sabiq baş məşqçisi Yurqen Klopp AVRO 2024 barədə fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, 57 yaşlı çalışdırıcı "Liverpool Echo"ya verdiyi müsahibədə bu fikirləri səsləndirib.
"İndi belə görünür ki, İspaniya AVRO-nu qazana bilər.Almaniya və Fransa da yaxşıdır, amma İngiltərə mütləq daha yaxşı olacaq" deyə Klopp bildirib.
AVRO 2024-də 1/4 finalın 3 cütü artıq məlumdur: İspaniya-Almaniya, Fransa-Portuqaliya, İsveçrə-İngiltərə.Avropa Çempionatının son qalibi isə 1/8 finalda mübarizəni dayandıran İtaliya seçməsidir.