Yusuf Yazıcı Türkiyə klubu ilə razılaşdı

"Lill"də çıxış edən Yusuf Yazıcı Türkiyə klubu ilə razılaşdı.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli cinah hücumçsu yeni mövsümdən etibarən "Qalatasaray"da çıxış edəcək. 

Ərdən Timur futbolçu ilə görüşərək şəxsi razılıq əldə edib. Yusuf Yazıcı Türkiyə Super Liqasında çıxış etmək və karyerasını ölkəsində başa vurmaq istədiyini deyib. 

Qeyd edək ki, Yusuf Yazıcı 2019-cu ildən "Lill"in şərəfini qoruyur.