"Yuventus" "Arsenal"ın futbolçusu ilə razılaşdı

"Yuventus" "Arsenal"ın yarımmüdafiəçisi Tomas Partini transfer etməyi düşünür.

Sportline.az xəbər verir ki, "Qosa Sinyora" qanalıya 3 illik müqavilə təklif etməyə hazırdır. 30 yaşlı futbolçunun özü də bu transferə razıdır.

Müqavilə 18-20 milyon avroya bağlana bilər.