"Yuventus" fransalı futbolçunun transferini rəsmiləşdirib
Seria A klublarından "Yuventus" yarımmüdafiə xəttini gücləndirib.
Sportline.az "Tutto Mercato"ya istinadla xəbər verir ki, Qoca sinyora "Nitsa"dan 23 yaşlı futbolçu Kepren Türamı rənglərinə bağlayıb.
Klubla 5 illik müqavilə imzalayacaq futbolçu artıq Turin şəhərinə gəlib.
"Yuventus" bundan əvvəl braziliyalı yarımmüdafiəçi Duqlas Luizlə də razılıq əldə etmişdi.
İtaliya mətbuatının xəbərinə görə, Türamın bu gün tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı bildirilir.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Nitsa"nın heyətində 29 oyunda 1 qol və 1 asistlə çıxış edib.