"Yuventus" "Mançester Siti"nin futbolçusunu istəyir

Emerik Lyaport "Yuventus"a keçə bilər.

Sportline.az "La Stampa"ya istinadən xəbər verir ki, Turin klubu bu yay "Mançester Siti"nin müdafiəçisini transfer etməkdə maraqlıdır. İtalyanlar oyunçunu geri almaq hüququ və ya öhdəliyi ilə icarəyə götürə bilər. 

29 yaşlı futbolçu ilə "Arsenal" və "Atletiko"nun da maraqlandığı qeyd edilir.

Lyaport ötən mövsüm Premyer Liqada 12 oyuna çıxıb.

Banner