"Yuventus" onunla vidalaşdı
Leandro Paredes bundan sonra "Yuventus"da oynamayacaq.
Sportline.az xəbər verir ki, İtaliya klubu yarımmüdafiəçinin gedişini açıqlayıb. Bir illik icarədən sonra argentinalı PSJ-yə qayıdır.
28 yaşlı futbolçu turinlilərin heyətində 35 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.