"Yuventus" Vlahoviçlə müqaviləni uzatmağa hazırlaşır

"Yuventus"un hücumçusu Duşan Vlahoviç müqaviləsini uzada bilər.

Sportline.az xəbər verir ki, Turin klubu futbolçunun Premyer Liqaya keçə biləcəyinə baxmayaraq, 23 yaşlı serblə yeni müqavilə imzalamaq niyyətindədir.

Bu mövsüm Vlahoviç A Seriyasında 3 oyun keçirib, o, iki qol vurub və məhsuldar ötürmə edib. Hücumçu ilə hazırkı müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.