“Yuventus”da ayrılıq yaşana bilər
Ötən mövsümü “Fənərbağça”da icarə əsasında keçirən Filip Kostiç yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az jurnalist Nikolo Şıkiranın məlumatına istinadən xəbər verir ki, “Benfika”nın baş məşqçisi Joze Mourinyo serbiyalı futbolçunu öz komandasında görmək istəyir.
33 yaşlı sol cinah müdafiəçisinin dəyəri “Transfermarkt” portalına görə, 3.5 milyon avrodur.
Qeyd edək ki, Kostiç cari mövsüm meydana çıxdığı 12 matçda 2 qol, 1 asistlə yadda qalıb.