"Yuventus"da yeni müqavilə
Lorenzo Ancele "Yuventus"la yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən mövsüm futbolçu "Yuventus"un gənclərdən ibarət komandasında çıxış edib. O, 9 qol vurub, 4 məhsuldar ötürmə edib.
Avqustun 20-də “Yuventus” yeni mövsümün A Seriyasının ilk turu çərçivəsində “Udineze” ilə qarşılaşacaq.