"Yuventus"dan 100 milyon avroluq təklif

Ardıcıl 8-ci çempionluğunu rəsmiləşdirən "Yuventus" "transfer bombası"nı partlatmağı düşünür.

Sportline.az xəbər verir ki, "Qoca Sinyora" yeni mövsüm üçün fantastik təklif edib.

"Yuventus" "Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviçi heyətində görmək üçün 100 milyon avrosundan keçməyə hazırdır. Futbolçu son mövsümdə çıxdığı 41 oyunda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.